İcraçı direktor
Hadiyev Nəriman Sabir oğlu 1976-cı ildə anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Universitetində Beynəlxalq hüquq fakultəsi üzrə bakalavr dərəcəsi, 1999-cu ildə hüquq fakultəsi üzrə magistr dərəcəsini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı çərçivəsində maliyyə ixtisası üzrə ikinci magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir. N.Hadiyev 2003-cü ildən 2009-cu ilədək Kapital Bankda Xəzinədarlıq Departamentində müxtəlif vəzifələrdə, 2009-cu ildən Qiymətli kağızlar və pul bazarında əməliyyatlar şöbəsinin rəisi, 2015-2021-ci illərdə Azər Türk Bankda Xəzinədarlıq Departamentinin direktor müavini vəzifəsində çalışmışdır. 12 ildən çox pul vəsaitlərinin idarə edilməsi üzrə idarəçilik təcrübəsinə malikdir.
N.Hadiyev 2021-ci il ildə CPM-İnvest İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının qərarına əsasən CPM-İnvest İnvestisiya Şirkətinin direktor vəzifəsinə təyin olunmuşdur.